Bizim kompaniya uzun illərdən bəri istilik və su təchizatı sistemləri sahəsində avadanlıqların satışı, quraşdırılması, servisi və layihələndirilməsi ilə məşğuldur. Şirkətimiz dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir və bütün fəaliyyətini beynəlxalq standartlar, keyfiyyətin təmin olunması, ətraf mühitin və ekologiyanın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik idarəetmə sisteminin tələblərinə uyğun qurub. Kompaniyamız qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.
Kompaniyamız daxilində aşağıdakı qrupları birləşdirir:
1. Menecer qrupu.
2. Mühəndis qrupu.
3. Quraşdırma qrupları.
4. Servis qrupu.